Ermənistanda Azərbaycan ərazisinə iddialardan əl çəkmirlər
Deputat Anna Mkrtçyan parlamentdə Azərbaycanın Qarabağ regionu daxil Ermənistan xəritəsini asıb
Ermənistan siyasətçiləri Azərbaycana ərazi iddialarından əl çəkmir.
Parlamentin bu günkü iclasında hərbi cani Serjik Sarkisyanın fraksiyasından olan deputat Anna Mkrtçyan Azərbaycanın Qarabağ regionu daxil olmaqla Ermənistan xəritəsini asıb.
Ermənistan parlamentinin təhlükəsizlik işçiləri Qarabağın təqdim olunduğu iclas zalının kürsüsündən ölkənin xəritəsini çıxarıblar.
Lakin qonşu ölkəyə ərazi iddiasını əks etdirən xəritə bir neçə vaxt ölkə parlamentinin kürsüsündə nümayiş etdirilib.