Macarıstan Prezidenti Katalin Novak istefa verib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, Novak pedofiliya cinayətində əli olan şəxsin əfv edilməsi qərarı ilə böyük ictimai rezonansa səbəb olduqdan sonra istefasını elan edib.
Yeni dövlət başçısı prezident mandatına xitam verildikdən 30 gün sonra parlament tərəfindən seçiləcək.