Rusiya MN Qarabağa dair xəbərdarlığa yenə məhəl qoymadı
Rusiya Müdafiə Nazirliyi bülletenlərində yenə “Dağlıq Qarabağ münaqişəsi zonası” ifadəsinə yer verir
Azərbaycan tərəfinin xəbərdarlığına baxmayaraq, Rusiya Müdafiə Nazirliyi sonuncu informasiya bülletenində Qarabağın dağlıq hissəsinin yer adlarını yenə də kimi köhnə toponimlərlə qeyd edib.
5 dekabr tarixli bülletendə bildirilib ki, “Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb”.
Bülletendə “Dağlıq Qarabağ münaqişəsi zonası” ifadəsinə yer verən Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı informasiya bülletenində deyilir:
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətə gecə-gündüz müşahidə altyında saxlayır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb.
Martuni, Mardakert və Şuşa rayonlarında 3 marşrut üzrə patrul xidməti həyata keçirilib.
Azərbaycan Respublikasının üç avtomobil karvanı müşayiət olunub: biri Şuşa-Laçın marşrutu üzrə, biri həmin marşrutla əks istiqamətdə; biri – Madagiz-Getavan-Vəng marşrutu üzrə.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2495,4 hektar ərazi, 689,5 kilometr yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26762 partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib.
Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.
Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi informasiya bülletenində “Dağlıq Qarabağ, “Madagiz” (Suqovuşan-red.), “Getavan” (Qozlukörpü-red.), "Mardakert" (Ağdərə-red.), "Martuni" (Xocavənd-red.) kimi köhnə və erməni toponimlərinə yer verməklə rəsmi Bakının xəbərdarlığına bir daha əhəmiyyət verməyib.