"Dünyanı barmağımıza dolamağa cəhd etməyək!"
Bunu Qarabağ ermənilərinin "blokada" və "aclıq" vayşüvəni haqda Xankəndi sakini Artur Ovsipyan yazıb
“Dünyanı barmağımıza dolamağa çalışmayaq” – Xankəndi sakini Artur Osipyan Qarabağdakı “aclıq” haqqında Facebook səhifəsində yazıb
“Bəziləri deyir ki, guya bizim maraqlarımıza uyğun olmayan müsahibə vermişəm. Bu, Qarabağda aclığın olmaması ilə bağlı dediklərimlə bağlıdır”. Bu barədə Qarabağlı “fəal” Artur Osipyan öz Facebook səhifəsində məlumat verib.
“İndi də deyirəm ki, Qarabağda problemlər var, dükanlar əsasən boşdur, amma bu aclıq deyil, balaca uşaqları göstərmək bizə şərəf gətirmir. Biz bütün dünyaya demək istəyirik: vəziyyətimizə baxın, necə çətindir, uşaqlarımızı qurban kimi göstərin. Bu yalan işləmir! Bu yalan əks nəticə verir və bizə heç bir şərəf gətirmir.
"Mardakertdə (Ağdərə - red.) faciəli hadisə baş verdi, iki övladını itirən bu ailəyə başsağlığı verirəm. Onlara səbr diləyirəm. Amma götürüb axırda demək ki, bu uşaqlar aclıqdan ölüblər, qulaq asın, bu ayıbdır. Elə bu dünya görür ki, qarabağlı Facebook istifadəçiləri toy edir, kabab bişirir, digər tərəfdən uşaqlar acından ölür? Bəs sizcə, bizə necə münasibət bəsləyirlər? Qarabağda isə bəzi restoranlar hələ də açıqdır."
"Bilirsiz sözlərimin mənasını nədir? Gəlin dünyanı barmağımıza dolamağa və hiyləgər oyunlar oynamağa cəhd etməyəək. Əgər biz öz “dövlət” sirlərimizi saxlaya bilmiriksə, necə təsəvvür edirsiniz ki, biz istənilən yalanı özümüzə uyğun təqdim edə bilərik”, - Osipyan bildirib.