XƏBƏRLƏR / Qalmaqal

Amerika erməniləri Trampı "soyqırım" demədiyinə görə qınadı

Amerika Erməni Milli Komitəsinin sədri Aram Ambaryan ABŞ Pezidenti və respublikaçıları sərt tənqid edib

Amerika erməniləri Trampı "soyqırım" demədiyinə görə qınadı
Aram Ambaryan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Amerika Erməni Milli Komitəsi (ANCA) prezident Donald Trampı 24 aprel illik müraciəti münasibətilə “soyqırım”dan istifadə etməkdən imtina etdiyinə görə sərt tənqid edib.

    Komitənin sədri Aram Ambaryan bunun “utancverici bir geri çəkilmə” olduğunu və Trampın Türkiyənin təhdidlərinə boyun əydiyini və məsuliyyətdən qaçdığını bildirib. O, həmçinin qeyd edib ki, Trampın mövqeyi hakimiyyətdə olarkən Ermənistanı fəal şəkildə dəstəkləyən və “soyqırım” ifadəsini işlədən demokratlardan fərqli olaraq respublikaçıların bu məsələyə soyuq münasibətini əks etdirir.