Paşinyanın verdiyi müsahibə Moskvada pis qarşılanıb
Rusiyan Cənubi Qafqazdan süni şəkildə sıxışdırılmaqdan ehtiyatlanır
TASS diplomatik mənbəyə istinadən xəbər verir ki, Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı dediklərini “tonuna görə qəbuledilməz” adlandırıb.
“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Ermənistanın baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhin ton və məzmunundan son dərəcə narazıdır və bunu qəbuledilməz hesab edir. "Məqsəd isə öz səhv hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın boynuna atmaqdır."
TASS-ın diplomatik mənbəsi hesab edir ki, onlar bu məqsədə çatmaq üçün İrəvanı vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar.