XƏBƏRLƏR / Qalmaqal

ABŞ-ın Gürcüstandakı səfirliyi təxribatla məşğuldur?

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayıb

ABŞ-ın Gürcüstandakı səfirliyi təxribatla məşğuldur?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-ın Gürcüstandakı səfirliyi Fövqəladə vəziyyət xəbərdarlığı yayıb.

    Bəyanatda deyilir:

    "ABŞ səfirliyi Tbilisidəki üç ticarət mərkəzində bomba təhlükəsi olduğunu öyrənib:

    • "East Point" Ticarət Mərkəzi – Aleksandra Tvalçerilidze küçəsi
    • "Galleria" Ticarət Mərkəzi Tbilisi – Şota Rustaveli prospekti
    • Tbilisinin alış-veriş rayonu - David Aqmaşenebeli prospekti

    Səfirliyin Tiflisdəki Regional Təhlükəsizlik İdarəsi bütün Səfirliyin əməkdaşlarına növbəti bildirişə qədər bu ərazilərdən uzaq durmağı tövsiyə edir."

    Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti xəbərdarlığa dərhal reaksiya verərək bəyanat yayıb: "Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları növbəti yalan məlumat üzərində işləyir.

    Vətəndaşların təhlükəsizliyi xidmətin əsas prioritetidir və xidmət öz səlahiyyətləri çərçivəsində bütün zəruri və təxirəsalınmaz tədbirləri həyata keçirir.

    Biz Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri təhlükəsizliyə cavabdeh olan xidmətlərin fəaliyyətinə hörmətlə yanaşmağa, daha böyük məsuliyyət nümayiş etdirməyə və müvafiq qurumlarla razılaşdırılmamış bəyanatları yaymaqdan çəkinməyə çağırırıq".