Ermənistan XİN Rusiya səfirinə etiraz notası verib
Sergey Kopırkin Rusiya TV-sində Paşinyan təhqir olunduğuna görə Ermənistan XİN-nə çağırılıb
Ermənistan XİN-in məlumatı: "23 oktyabr 2023-cü il tarixində “Birinci Kanal” ümumrusiya federal televiziya kanalında Ermənistan Respublikasının yüksək rütbəli məmurlarına qarşı təhqiramiz və tamamilə qəbuledilməz ifadələr səsləndirilən televiziya proqramının buraxılması ilə əlaqədar, Rusiya Federasiyasından Ermənistana Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə müvafiq etiraz notası verilib."
Qeyd edək ki, Rusiya dövlət televiziyasının “Birinci Kanal”ında Nikol Paşinyana həsr edilmiş "Varis Tuttinin kuklaları" verilişində Ermənistan baş naziri haqda təhqiramiz ifadələr və alçaldıcı müzakirələr aparılmışdı.