Çin Yaponiyaya xəbərdarlıq edib
Bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei bildirib
Çin Yaponiyanı hərbi təhlükəsizlik bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa çağırıb.
Bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei bildirib.
“Biz Yaponiyanı hərbi təhlükəsizlik bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa və ikitərəfli münasibətləri yoluna qaytarmaq üçün əməli addımlar atmağa çağırırıq”, - Kefei bildirib.
Onun sözlərinə görə, Yaponiyanın “Ağ Kitab”ının yeni variantı Çin haqqında yanlış təsəvvürlərə sadiqdir və Çinin hərbi təhlükəsini “qəsdən şişirdir”, regionda gərginliyi artırır, həmçinin Çinin daxili işlərinə kobud müdaxilədir.