"Quterreş BMT tarixində bir ləkə kimi yadda qalacaq"
Bu ittihamla, BMT baş katibini persona non-qrata elan edən, İsrailin xarici işlər naziri İsrael Katz çıxış edib
İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antoni Quterreşin İranın İsrailə hücumunu pisləmədiyinə görə onun yəhudi dövlətinə girişini qadağan edib və onu persona non-qrata elan edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İranın İsrailə qarşı cinayətkar hücumunu birmənalı şəkildə qınamayan hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Terrorçuları, təcavüzkarları və qatilləri dəstəkləyən bu İsrailə nifrət edən baş katib Quterreş Birləşmiş Millətlər Təşkilatının tarixində bir ləkə kimi yadda qalacaq”, - Katz bununla bağlı deyib.