Hikmət Hacıyev: “Okamponun hesabatında ciddi səhvlər var”
Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AP agentliyinə deyib
Luis Moreno Ocamponun vəkilinin hesabatında əsassız iddialar var. Bunu "Associated Press" agentliyinə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu hesabat qərəzlidir və yerlərdə real vəziyyəti təhrif edir, həmçinin ciddi faktiki, hüquqi və maddi səhvlərə yol verir”, - Hacıyev vurğulayıb.
Qeyd edək ki, qərəzli anti-Azərbaycan hesabatının müəllifi olan Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olarkən vergi cənnətlərində yerləşən, pis reputasiyaya malik şirkətləri idarə edib. Bundan başqa, o, İrəvanda hərbi cinayətkar, Ermənistanın eks-prezidenti Serj Sarkisyanla qəbulda iştirak edib.