Ermənistan parlamentində yenə qırğındır
Deputatlar bir-birini əclaf adlandırıblar, bundan sonra iclasın yayımı dayandırılıb
Ermənistan parlamentində yenidən ehtiraslar alovlanıb: deputatlar bir-birini əclaf adlandırıblar, bundan sonra fasilə elan edilib və iclasın yayımı dayandırılıb.
Növbəti davaya səbəb hakim partiyanın nümayəndələrinin Vigen Xaçatryanın yas mərasimində iştirak etmədiyinə görə müxalifətə irad tutması olub.
Müxalif “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan cavabında xatırladıb ki, eyni sualı Manvel Qriqoryanın, Armen Qriqoryanın və digərlərinin dəfn mərasimi ilə bağlı hakim deputatlara ünvanlaya bilərlər. Daha sonra spiker Alen Simonyanla keçmiş müdafiə naziri Seyran Ohanyan arasında söyüşmə baş verib.
Qeyd edək ki, bir neçə gün əvvəl hakim partiyadan olan deputat Vigen Xaçatryan 72 yaşinda vəfat edib.