XƏBƏRLƏR / Qalmaqal

Türkiyədə CHP-nin qurultayı ilə bağlı 13 nəfər saxlanılıb

Bu barədə "TRT Haber" məlumat yayıb

Türkiyədə CHP-nin qurultayı ilə bağlı 13 nəfər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı başlanılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat keçirilib.

    "TRT Haber"ə görə, əməliyyatlar İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada həyata keçirilib.

    Əməliyyat zamanı 13 şübhəli saxlanılıb. Onların yaşadıqları ünvanlarda axtarış aparılıb və bəzi materiallar götürülüb.

    Saxlanılan şəxslər "Siyasi Partiyalar Qanununu pozma", "rüşvət alma" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" kimi cinayətlərdə şübhəli bilinir.

    Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.