"Blokada" uydurmasından "boykot" taktikasına dair
Xankəndidəki separatçı xunta Laçındakı sərhəd-buraxılış məntəqəsindən keçməyi qadağan edib
Mühasirədə olduqlarını iddia edən ermənilər indi Ermənistana getməkdən imtina edirlər.
Ermənistan KİV-lərinin məlumatına görə, Qarabağ separatçılarının liderləri faktiki olaraq Laçındakı sərhəd-buraxılış məntəqəsindən keçməyi qadağan edib. Ermənistan tərəfi bununla Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətini legitimləşdirməkdən qorxur.
Ermənilər Rusiya sülhməramlılarının köməyi ilə bu sərhəd-buraxılış məntəqəsini aradan qaldırmağa ümid edirdi, amma Qarabağın qondarma "qozministiri" Qurgen Nersisyan etiraf edib ki, sülhməramlıların komandanı general Lentsovun Bakıda bu barədə danışıqları nəticə verməyib.