Ayxan Hacızadə Peter Mixalkonun cavabını verdi
Aİ nümayəndəliyinin rəhbəri Azərbaycan məhkəmələrində ləyaqəti alçaldan rəftar barədə yazıb
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko ilə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə arasında söhbət:
Mixalko:
Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də məhkəmə zallarında əlləri qandallanan, şüşə qəfəslərə salınan və ya əsas insan ehtiyaclarından məhrum edilən gənc qadınlara qarşı ləyaqəti alçaldan rəftar barədə xəbərlər məni şoka saldı. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var.
Hacızadə:
Bu bəyanat əsassız və məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir bəzi Aİ ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və sui-istifadə hallarına diqqət yetirsin.
Azərbaycanın ən yaxşı beynəlxalq təcrübə əsasında qurulmuş məhkəmə sisteminə müdaxilə yolverilməzdir.