Fon der Leyenin təyyarəsi az qala qəzaya uğrayıb
Avropa rəsmiləri hadisənin "Rusiyanın mümkün müdaxiləsi" əlaməti ola biləcəyinə diqqət çəkir

GPS xaosu! Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təyyarəsi bazar günü Bolqarıstanın Plovdiv hava limanına yaxınlaşarkən GPS naviqasiya sistemini tamamilə itirib.
Təyyarə təxminən bir saat dövrə vurmağa məcbur olub və pilotlar nəhayət kağız xəritələrdən istifadə edərək əllə eniş etmək məcburiyyətində qalıblar.
Avropa rəsmiləri hadisənin "Rusiyanın mümkün müdaxiləsi" əlaməti ola biləcəyinə diqqət çəkərək, oxşar GPS tıxanma hadisələrinin bölgədəki mülki və hərbi nəqliyyat üçün ciddi təhlükə yaratdığını vurğuladılar.
Səlahiyyətlilər “The Financial Times”a hadisəni “Rusiyanın mümkün müdaxiləsi” kimi qiymətləndirdiklərini bildiriblər. Bir məmur kəsilməsini "danılmaz müdaxilə" kimi təsvir edərək, "GPS bütün hava limanı ərazisində tamamilə itdi" dedi. Mütəxəssislər bildirirlər ki, bu növ GPS tıxanması əvvəlcə hərbi və kəşfiyyat məqsədləri üçün istifadə edilib, lakin son vaxtlar mülki təyyarələrə, gəmilərə və naviqasiya sistemlərinə təsir edən ciddi təhlükəyə çevrilib.
Rusiya Fon der Lyayenin təyyarəsi ilə bağlı insidentə aidiyyətini inkar edir
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvanın Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə məxsus təyyarəsinə naviqasiya sistemlərinə maneələrə aidiyyəti yoxdur. "Sizin məlumatınız yanlışdır", - D.Peskov bildirib.
Qeyd edək ki, Bolqarıstan Ukraynaya hərbi dəstək verməkdə mühüm rol oynayır. Əvvəlcə Sovet dövründən qalma texnika göndərən Bolqarıstan sonradan öz sənayesindən artilleriya və müdafiə təyinatlı məhsullar verməklə dəstəyini genişləndirdi.