XƏBƏRLƏR / Qalmaqal

Qafarova Cenevrədə Simonyanla görüşməkdən imtina edib

Ermənistan parlamentinin spikerinin azərbaycanlıları "Altaya göndərməsi" MM sədrinin reaksiyasına səbəb oldu

Qafarova Cenevrədə Simonyanla görüşməkdən imtina edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Cenevrədə keçirilməsi planlaşdırılan görüşü ləğv edilib. Bu barədə Ermənistan parlamenti sədrinin mətbuat katibi Movses Arutyunyan öz "Facebook" səhifəsində məlumat verib.

    Onun sözlərinə görə, Azərbaycan tərəfi son anda əvvəl əldə edilmiş razılaşmadan imtina edib.

    “Parlament sədri İrəvana qayıdandan sonra görüşün ləğv edilməsinin səbəbləri ilə bağlı əlavə izahat verəcək”, - deyə Arutyunyan əlavə edib.

    Qeyd edək ki, bundan əvvəl Simonyan və Qafarovanın oktyabrda Cenevrədə Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyası çərçivəsində regionda sülh səylərini müzakirə etmək üçün ikitərəfli görüş keçirəcəyi barədə məlumat yayılmışdı.

    Daha sonra Simonyan azərbaycanlılar haqda xoşa gəlməz və irqçi bəyanatla çıxış edərək, Azərbaycan əhalisini "Altaya yaşamağa göndərmişdi".

    Bundan əvvəl iki ölkənin qanunverici orqanlarının rəhbərləri mayın 16-da Parlamentlərarası İttifaqın parlament sədrlərinin VI Ümumdünya Konfransına hazırlıq komitəsinin birinci iclası çərçivəsində görüşmüşdülər.