Gürcüstan azərbaycanlısı olan xanımı İrəvana buraxmadılar
Bu haqda Samirə Bayramova özünün "X" hesabında məlumat verib
Gürcüstan vətəndaşı Samirə Bayramova Varşava-Tbilisi reysinin İrəvanda məcburi təcili enişi zamanı azərbaycanlı olduğu üçün ona təyyarədən çıxmaq qadağan olunub.
Bununla bağlı Bayramova özünün "X" hesabında şəkil yerləşdirib və paylaşım edib: "WAW Tbc reysi pis hava ucbatından İrəvanda məcburi eniş etdi. Mənə “millətiniz problemdir”deyərək, Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. Niyə biz bu münaqişənin bir hissəsi olmalıyıq? Bu demokratiyaya yaraşmaz, NikolPashinyan."