XƏBƏRLƏR / Qalmaqal

ABŞ-ın Bakıdakı səfirliyi yenə jurnalistlərlə qalmaqalda

Bununla bağlı səfirlik izahat verməli olub

ABŞ-ın Bakıdakı səfirliyi yenə jurnalistlərlə qalmaqalda
  • Oxuma müddəti:

    2 dəqiqə

  • ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, “Report” agentliyi ABŞ-ın Azərbaycanın mədəni irsinə dəstəyi ilə bağlı suala cavabını dərc etməyib.

    Amma məsələ bir o qədər də sadə və birmənalı deyil.

    ABŞ səfirliyi səhifəsində yazır:

    "Report.az xəbər agentliyinin “ABŞ-ın Azərbaycandakı səfirliyi "Report"un sorğusuna cavab verdi” yazısında agentliyin sualına cavabımıza yer verməməsi yanlış təəssürat yaradıb. Vəziyyəti düzgün qiymətləndirmək istəyənlər üçün cavabımızın mətni belədir...".

    Daha sonra şəkildəki mətndə ABŞ-ın Azərbaycandakı səfirliyi amerikalıların Ağdamda Pənah Əli Xan kompleksinin, Qırmızı Kənddəki evin və s.-nin bərpasında kömək etməyə necə hazır olduqlarından bəhs edir.

    İş ondadır ki, “Report” Ermənistan ərazisində Azərbaycan xalqının mədəni irsinə ABŞ-ın dəstəyi ilə bağlı səfirliyə sual ünvanlayıb. Səfirlik isə sualdan qaçmaq üçün məsələni başqa sorğuya aid olmayan istiqamətə yönəldib. 

    Qeyd etmək lazımdır ki, ABŞ səfirliyi uzun illərdir Azərbaycanda çalışdığı dövrdə heç vaxt indiki səfir Mark Libbinin fəaliyyəti vaxtındakı qalmaqallara və jurnalistlərlə mübahisəyə yol verməmişdi.

    O, bazar günü Amerika Ticarət Palatasının (AmCham) iclasında çıxışında bəyan edib ki, ABŞ olmasaydı, "Əsrin müqaviləsi" də mümkün olmazdı. Bu da ölkə ictimayyəti tərəfindən birmənalı qarşılanmayıb. Libbi təəssüf ki, 2 il yarımdan sonra tələm-tələsik təyin olunan səfir kimi Azərbaycan cəmiyyətinin xüsusiyyətlərindən xəbəri olmayan ABŞ məmuru təsiri bağışlayır.

    Əlbəttə ki, ABŞ-Azərbaycan münasibətlərinin sərinləməsində günah ermənipərəst Bayden administrasiyasındadır, lakin Libbinin ziddiyətli fəaliyyəti bu münasibətləri bir az da soyuq etdi.