ABŞ səfiri üçün Ərdoğanın qapıları "bağlandı"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykin CHP sədri Kılıçdaroğlunu ziyarət etməsinə reaksiya verib
Prezident Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykin CHP sədri Kılıçdaroğlunu ziyarət etməsinə reaksiya verib:
"Ayıbdır, başını işlət! Sən səfirsən. Buradakı həmsöhbətiniz Prezidentdir.
Qapımız üzünə bağlıdır, bir daha görməyəcəksiniz. Niyə? Yerinizi biləcəksiniz. Səfir kimi vəzifənizi biləcəksiniz. Səfirin necə işlədiyini öyrənəcəksiniz. Bu qapı ötüb keçən meyxana deyil, girə bilməzsən.
Hazırlaşırıq, yaxşı gedirik. Rəbbimin lütfü ilə, xüsusilə 6 milyondan çox gəncimiz var. Bu gənclərin seçkilərdə mövqeyi çox önəmlidir”.