XƏBƏRLƏR / Qalmaqal

Ermənilər Tehranda da bir-birini qırdılar

Bu barədə müxalif "Yerkir" nəşri məlumat yayıb

Ermənilər Tehranda da bir-birini qırdılar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yerkir.am-a Tehrandan daxil olan məlumata görə, erməni "soyqırımının" 110-cu ildönümü ilə bağlı erməni kilsəsində keçirilən tədbirdə yaranan qalmaqala səbəb Ermənistanın İrandakı səfirliyinin əməkdaşlarından birinin nalayiq davranışı olub.

    Məsələ burasındadır ki, səfirliyin əməkdaşı rəsmi İrəvanın apardığı təslim və inkar siyasətinə qarşı şüarlar səsləndirən Ermənistandan gələn qadına qarşı seksual xarakterli təhqiramiz ifadələr işlədib. Qadın isə buna cavab olaraq onun əlindəki gülü qaparaq yerə atıb.