Parisdəki Olimpiya Oyunlarında LGBT təbliğ olunub FOTO
İlon Mask “İsanın sonuncu şam yeməyi” əsərinə parodiyanı tənqid edib
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında LGBT təbliğatı böyük əks-səda doğurub.
Xarici mətbuat xəbər verir ki, Olimpiya Komitəsinin paradda homoseksual şəxsləri yerləşdirməsi və “Drag Quee” kimi xarakterizə edilən şəxslərin Olimpiya məşəlini daşıması sosial mediada geniş tənqidlərə səbəb olub.
Bundan başqa, Avropa mətbuatında məşhur rəssam Leonardo da Vinçinin “İsanın sonuncu şam yeməyi” tablosunun LGBT şəxslər vasitəsilə təqdim edilməsi hörmətsizlik kimi qiymətləndirilib.
Milyarder İlon Mask “X” sosial şəbəkəsində mərasim iştirakçılarının Leonardo da Vinçinin “İsanın sonuncu şam yeməyi” əsərinə parodiya etdikləri videoya münasibət bildirərkən yazıb.
“Bu, xristianlara qarşı son dərəcə hörmətsizlik idi”, - o bildirib.
Bütün dünyanın canlı izlədiyi tədbirdə qadın-qadın və kişi-kişi münasibətlərinin normallaşması diskomfort yaradıb. 4 ildən bir keçirilən Olimpiadanın tarixinə indiyədək belə hal yaşanmamışdı.
Fransız rejissor və aktyor Tomas Jolly-nin bədii rəhbəri olduğu mərasimdə 204 ölkədən idmançıları və Olimpiya Komandasını daşıyan 85 qayıq Austerlitz körpüsünün altından yola düşərək Sena çayı boyunca 6 kilometrdən çox yol qət edib.Yağış altında keçirilən və təxminən 300 min insanın iştirak etdiyi açılış mərasimi tədbirlər və məşhur adların səhnəyə çıxması ilə davam edib.
Ümumiyyətlə, Parisdəki Olimpiya Oyunların açılış mərasimi bir neçə kazus vəziyyətlə yadda qalıb; Eyfel qülləsinin yaxınlığındakı Olimpiya bayrağı bayraq dirəyinə tərsinə asılıb, stadionun diktorları KXDR nümayəndələrini Cənubi Koreyadan olan idmançılar kimi elan ediblər. Tamaşaçılar olduqları yerlərdən keçidin baş tutacağı yeri yaxşı görə bilmədiklərinə görə hələ mərasim başlamamış tribunaları tərk etməyə başlayıblar. Qalanlar isə mərasimi üstü açıq tribunada leysan yağış altında seyr etməli olublar.