XƏBƏRLƏR / Qalmaqal

Kılıçdaroğlu CHP qərargahının boşaldılmasını tələb edib

Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradakı baş qərargahı ətrafında gərginlik davam edir VİDEO

Kılıçdaroğlu CHP qərargahının boşaldılmasını tələb edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradakı baş qərargahı ətrafında gərginlik davam edir.

    Çevik polis qüvvələri baş qərargahın boşaldılması üçün binaya daxil olub.

    VİDEO

    Qeyd edək ki, məhkəmə qərarı ilə yenidən Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinə bərpa olunan Kamal Kılıçdaroğlu partiyanın mərkəzi qərargahının binasının boşaldılmasını tələb edib.

    Bununla bağlı Kamal Kılıçdaroğlunun vəkili tərəfindən Ankara Valiliyinə müraciət ünvanlanıb.

    Müraciətdən sonra valilik tərəfindən binanın boşaldılması ilə bağlı müvafiq təlimat verilib.

    Keçmiş rəhbərliyin binadan çıxarılması məqsədilə CHP mərkəzi qərargahının qarşısına polis qüvvələri cəlb edilib.

    Qeyd edək ki, məhkəmə qərarı ilə yenidən CHP-nin sədri postuna bərpa olunan Kamal Kılıçdaroğlu partiya üzvlərinin polisə müqavimət göstərməməsini və binanın yeni heyətə təhvil verilməsini tələb edib. Keçmiş sədr Özgür Özel və tərəfdarları isə binanı tərk etməyəcəklərini bildirib.