XƏBƏRLƏR / Qalmaqal

Tramp Obamanı həbs etmək istəyir

Bu barədə ABŞ Prezidenti "Truth Social"da yazıb

Tramp Obamanı həbs etmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Prezidenti Donald Tramp ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həbsinə çağırış edib. Ağ Evin hazırkı rəhbəri bunu "Truth Social" sosial şəbəkəsində yazıb.

    Səbəb ABŞ-ın keçmiş prezidenti və keçmiş FTB direktorunun Rusiyanın ABŞ prezidentlik yarışına iddia edilən təsiri ilə bağlı uydurmasıdır.

    "İyirmi MKİ və FTB agenti Obamaya siyasi "bomba" ataraq, Barak Obamanın və keçmiş MKİ direktorunun kəşfiyyat məlumatlarını manipulyasiya etməklə prezident Trampın seçilməsini gözdən salmaq üçün təxminən on ildir MKİ-nin anbarında olan Rusiya saxtakarlığını uydurduqlarını təsdiqlədilər", - deyə Tramp yazıb.

    Xatırladaq ki, ABŞ Prezidenti bu ilin fevral ayında da eyni çağırışı etmişdi. Daha sonra Ağ Ev rəhbəri keçmiş dövlət başçısını şəxsən gizli şəkildə MKİ-yə 2016-cı il seçkiləri zamanı Trampın Rusiya ilə Demokrat prezidentliyə namizədə qarşı əlbir olmasına dair yalan dəlillər uydurmağı əmr etməkdə ittiham edib.