İranlı nazir çıxış edəndə avropalılar zalı tərk edib VİDEO
İRNA agentliyi ənənələrinə sadiq qalaraq belə bir şeyin baş verməməsini israr edir
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışına başlayan kimi Avropa rəsmiləri dünən axşam BMT-nin İnsan Haqları Şurasını tərk ediblər. Sosial şəbəkələrdə hadisənin videosu yayılıb.
İranın İRNA agentliyi isə həmişəki kimi hadisəni ört-basdır etməyə çalışıb və tamamilə yalan məlumat yayıb.
Agentlik yazır: "Ölkəmizin xarici işlər nazirinin başçılığı ilə İran nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyasının iclasında iştirakı heç bir problem olmadan keçib və Hüseyn Əmirabdollahian insan haqları məsələlərinə dair çıxış edib.
Bu çıxış zamanı heç bir rəsmi nümayəndə heyəti iclası tərk etməyib. Xaricdəki bəzi farsdilli kanallar manipulyasiya edilmiş rəvayətdə nümayəndə heyətlərinin ölkədən getməsi ilə bağlı müzakirələri saxtalaşdırmağa çalışıblar".