Ermənilər məşhur mahnımızı oğurladılar VİDEO

Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kamala məxsusdur

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Ermənilər bu dəfə “Nigaranam” mahnımızı oğurlayıblar. 

    Erməni ifaçı Tiqran Asatryan mahnını “Andzrev” adı ilə youtube kanalında yerləşdirib.

    O, mahnının müəlliflərini qeyd etməyib.

    Qeyd edək ki, ilk dəfə bu mahnını Xalq artisti Aygün Kazımova 2005-ci ildə təqdim edib. Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kamala məxsusdur. Mahnını daha sonra Xalq artistləri Brilliant Dadaşova, Nəsibə Abdullayeva, Əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova və s. müğənnilər ifa ediblər.