İrəvan meriyası "Nemezis" abidəsini sökmək niyyətində deyil
Bunu "Sputnik Armenia" yazıb
"İrəvan meriyası Nemesis abidəsini sökmək niyyətində deyil, belə vəzifəsi də yoxdur". "Sputnik Armenia" xəbər verir ki, bunu meriyanın mətbuat katibi Levon Sardaryan bildirib.
Abidə aprelin 23-də Ermənistan paytaxtında ucaldılıb. Bundan sonra Türkiyə öz hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb. Daha sonra Türkiyənin xarici işlər naziri Çavuşoğlu açıq şəkildə abidənin sökülməsini tələb edib.
Türkiyə və Azərbaycan XİN abidənin ucaldılmasını pisləyib.