XƏBƏRLƏR / Qalmaqal

Fransa "Telegram"la Rumıniyadakı seçkiyə qarışmaq istəyib

Bunu "Telegram"ın yaradıcısı Pavel Durov özü etiraf edib

Fransa "Telegram"la Rumıniyadakı seçkiyə qarışmaq istəyib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pavel Durov “demokratik” Fransanın Rumıniyadakı seçkilərə müdaxilə etməyə çalışdığına eyham vurub.

    O, öz "Telegram" kanalında bunları yazıb:


    "Qərbi Avropa hökuməti (tapın görək hansı?) bugünkü prezident seçkiləri öncəsi Rumıniyada mühafizəkar səsləri susdurmaq üçün "Telegram"a müraciət edib. Mən qəti şəkildə imtina etdim. "Telegram" rumıniyalı istifadəçilərin azadlıqlarını məhdudlaşdırmayacaq və onların siyasi kanallarını bloklamayacaq.

    Siz demokratiyanı məhv etməklə “demokratiyanı müdafiə edə” bilməzsiniz. Siz seçkilərə müdaxilə etməklə “seçki müdaxiləsi ilə mübarizə apara bilməzsiniz”. Ya söz azadlığı, ədalətli seçkilər var, ya da yoxdur. Rumıniya xalqı isə hər ikisinə layiqdir".

    Durov paylaşımda ölkə adı çəkməsə də, Fransa Fransa Xarici İşlər Nazirliyi "Telegram"ın yaradıcısının Parisin "Telegram" vasitəsilə Rumıniyadakı seçkilərə təsir göstərməyə çalışdığına dair açıqlamalarına cavab verib. Fransa diplomatik xidməti hər şeyi inkar edir və özünü təhqir edilmiş hesab edib.