XƏBƏRLƏR / Qalmaqal

Ermənipərəst Solovyov indi də Corcio Meloniyə "fahişə" dedi

Rusiya səfiri Solovyovun ölkənin baş nazirinə ünvanladığı təhqirlərdən sonra İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb

Ermənipərəst Solovyov indi də Corcio Meloniyə "fahişə" dedi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya dövlət kanalının teleaparıcısı Vladimir Solovyov bu dəfə İtaliya ilə bağlı diplomatik qalmaqala səbəb oldu.

    Rusiya səfiri Solovyovun ölkənin baş nazirinə ünvanladığı təhqirlərdən sonra İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

    Qalmaqal rusiyalı jurnalistin Meloni haqqında həm italyan, həm də rus dillərində təhqiramiz ifadələr işlətməsindən sonra başlayıb.

    Xüsusilə, o, İtaliyanın Baş naziri Corcio Melonini italyan dilində "fahişə" və "faşist məxluq" adlandırıb.
    "Bu Meloni tamamilə fərqli şüarlarla namizədliyini irəli sürdüyü üçün seçicilərinə xəyanət edən faşist məxluqdur. Xəyanət onun əsl adıdır." Solovyov bildirib ki, o, əvvəllər sədaqət andı içdiyi Trampa da xəyanət edib.

    İtaliyanın Baş naziri Corciya Meloni özü Solovyovun açıqlamalarına münasibət bildirib. O yazıb ki, "Təbiətcə rejimin sadiq təbliğatçısı nə ardıcıllıq, nə də azadlıq dərsi vermək iqtidarında deyil. Lakin bu karikaturalar, əlbəttə ki, bizi kursumuzu dəyişməyə məcbur etməyəcək. Bizim, başqalarından fərqli olaraq, heç bir ipimizi dartan ağamız yoxdur və əmr qəbul etmirik".