Rusiya Ermənistana qarşı ritorikasını sərtləşdirir
Rusiya XİN-nin rəhbəri Sergey Lavrov Antaliya Diplomatik Forumundakı çıxışında Ermənistan rəhbərliyini yalanda ittiham edib
Rusiya XİN rəhbəri Sergey Lavrov: Rusiya İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını açıqlamasını gözləyir, onlar qərar verməlidirlər.
Rusiyanın xarici işlər naziri jurnalistlərə açıqlamasında KTMT-nin Ermənistanı Qarabağla bağlı problemə salması ilə bağlı bəyanatların həqiqətə uyğun olmadığını bildirib.
"Çox təəssüf ki, İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib.
İrəvanın Dağlıq Qarabağla bağlı bütün hadisələrə görə Rusiyaya qarşı ittiham irəli sürməsi müttəfiq hərəkəti deyil".
Lavrov deyib: "2020-ci ilin sentyabrında Azərbaycanı müharibəyə başlamağa Rusiyanın sövq etməsi ilə bağlı ittihamlardan biri nankor qiymətləndirmədir".
Xatırladaq ki, Ermənistanın Təhlükəsizli Şurasının katibi Armen Qriqoryan: “Ermənistanın Rusiyadan çox asılı olması səhvdir” və "1991-ci ildən Ermənistanın Rusiyadan davam edən asılılığı respublikanın "strateji səhvi" idi" bəyanatlarını İctimai TV-yə müsahibəsində vermişdir.