ABŞ-ın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi Rusiya XİN-ə çağırılıb. TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfir 3 ABŞ QHT-sinin Rusiyada "arzuolunmaz" elan edildiyi barədə məlumatlandırılıb.
Nazirlik bildirib ki, ABŞ səfirinə bu QHT-lərə hər hansı yardımı dayandırmağı tələb edən nota təqdim edilib.
Bundan başqa, səfirə Rusiyanın "daxili işlərinə qarışmaq cəhdlərinin" sərt şəkildə cavablandırılacağı, o cümlədən ölkədən çıxarılacağı bildirilib.