XƏBƏRLƏR / Qalmaqal

Paşinyan Karapetyanı məhkəməyə verir

"Ona bir ton hallüsinogen göbələk yedirəcəyəm"

Paşinyan Karapetyanı məhkəməyə verir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyanı məhkəməyə vermək niyyətindədir.

    "Armenpress" xəbər verir ki, bu barədə Paşinyan bu gün sosial şəbəkələrdə məlumat verib.

    "Mənə Samvel Karapetyanın bir ton hallüsinogen göbələk haqqında absurd bəyanatını göstərdilər. Təbii ki, mən onu məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında ona bir ton hallüsinogen göbələk yedirəcəyəm. Sərt ifadələrə görə üzr istəyirəm, amma hər şeyin bir həddi var", - Ermənistanın Baş naziri qeyd edib.

    Daha əvvəl S.Karapetyan bildirmişdi ki, guya "onda olan məlumata görə, Ermənistanın Baş naziri Çindən bir ton hallüsinogen göbələk gətirib" və onlardan hər çıxışından əvvəl istifadə edir.