Kobaxidze-Valtonen qalmaqalı davam edir
ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Baş naziri Finlandiyada istənilən mitinqdə iştiraka dəvət edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, o, heç bir ölkədə, o cümlədən Finlandiyada qanunsuz etiraz aksiyasında iştirak etmək niyyətində deyil.
O, ATƏT-in fəaliyyətdə olan sədrinin və Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Finlandiyada istənilən etiraz aksiyasında iştiraka dəvətini şərh edərkən, bildirib ki, “Onun məni qeyri-qanuni etiraz aksiyasına dəvət edib-etmədiyini bilmirəm – bu, onun işidir, lakin mən Finlandiya da daxil olmaqla heç bir ölkədə qeyri-qanuni etiraz aksiyasında iştirak etmək niyyətində deyiləm”.
Kobaxidzenin sözlərinə görə, cəmiyyət ATƏT-in himayəsi ilə Gürcüstana gələn Finlandiya xarici işlər nazirinin diplomatik normaları pozmasının və öz hərəkətləri ilə ölkələrin daxili siyasi proseslərinə müdaxiləsinin şahidi olub.
Bundan əvvəl Kobaxidze Gürcüstana səfəri zamanı qeyri-qanuni aksiyada iştirak etdiyi üçün Valtonenlə oktyabrın 15-nə planlaşdırılan görüşü ləğv edib.
Sonra onun hərəkətləri ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi ATƏT Katibliyinə və iştirakçı dövlətlərə etiraz notası verib, Gürcüstan Daxili İşlər Nazirliyi isə Valtoneni 5000 lari (1800 dollardan çox) məbləğində cərimələyib.