XƏBƏRLƏR / Qalmaqal

Bakıdan qayıdan İran nazirin üzərində axtarış aparmaq cəhdi

İranın yollar və şəhərsalma naziri Mehrdad Bezrpaşın başına gələnlər haqda "İran İnternational" nəşri yazıb

Bakıdan qayıdan İran nazirin üzərində axtarış aparmaq cəhdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın yollar və şəhərsalma naziri Mehrdad Bezrpaş Azərbaycandan qayıdarkən Ərdəbil hava limanında qalmaqalın mərkəzində olub.

    İran İnternational-ın məlumatına görə, oktyabrın 12-də hava limanının təhlükəsizlik işçiləri nazirin üzərində axtarış aparmağa cəhd edib və bu, onu qəzəbləndirib. Zabitlərlə şifahi mübahisədən sonra Bezrpaş uçmaqdan imtina edib.

    Bir neçə saat sonra o, əyalət hava limanları idarəsinin baş direktorunu və Ərdəbil hava limanının direktorunu işdən çıxarıb.