XƏBƏRLƏR / Qalmaqal

Ermənistandakı Aİ binoklsevərləri "soyqırım" sözündən qorxdu

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb

Ermənistandakı Aİ binoklsevərləri "soyqırım" sözündən qorxdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası EUMA sosial şəbəkələrdə qondarma “erməni soyqırımı”na həsr olunmuş paylaşımdan “soyqırım” sözünü əvvəl yazıb, sonra tez çıxarıb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    İlk olaraq, X sosial şəbəkəsində “soyqırım” sözünü işlətdiyi paylaşım edib və bir neçə saat sonra bu ifadəni silərək “1915-1923-cü illərin qurbanlarının xatirəsinə” ifadəsi ilə əvəz edib.