XƏBƏRLƏR / Qalmaqal

Tramp yenə diplomatik qalmaqala səbəb oldu

ABŞ Prezidenti İtaliyanın Baş naziri Giorgia Meloninin onunla şəkil çəkdirmək üçün yalvardığını söyləyib

Tramp yenə diplomatik qalmaqala səbəb oldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Donald Tramp diplomatik qalmaqala səbəb olub və İtaliyanın Baş nazirinin xətrinə dəyib.

    Tramp iddia edir ki, Baş nazir Giorgia Meloni onunla şəkil çəkdirmək üçün yalvarıb.

    "O, məndən onunla şəkil çəkdirməyimi yalvardı! Mənimlə şəkil çəkdirmək çox istədi. Mən razı olmazdım, amma ona yazığım gəldi", - deyə Tramp bildirib.

    Meloni Trampın şərhlərinə cavab olaraq ABŞ Prezidentinin müttəfiqlərinə niyə bu cür davrandığını başa düşmədiyini bildirən bir VİDEO çəkib:
    “Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, niyə ABŞ Prezidenti öz müttəfiqləri ilə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.

    Bu arada İtaliyanın xarici işlər naziri Antonio Tajani 21 və 22 iyun tarixlərində ABŞ-a planlaşdırılan səfərini ləğv edib.