Ermənilər “Crocus”da törədilən terror aktını pisləmədi
Ermənistan parlamenti sədrinin mətbuat katibi Nelli Qulyan bunun səbəbini açıqlayıb
Ermənistan parlamentinin nümayəndə heyəti KTMT PA-nın “Krokus Siti Holl”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb, bu barədə "Sputnik Armeniya"ya Ermənistan parlamenti sədrinin mətbuat katibi Nelli Qulyan bildirib.
Ölkənin təşkilatda iştirakının dondurulması səbəbindən təklif rədd edilib.
Qulyan vurğulayıb ki, üzv olmaqdan imtina yalnız KTMT faktoru ilə bağlıdır: parlamentin spikeri özünün Telegram kanalında başsağlığı verib, sədr müavini Cenevrədəki çıxışında terror aktını pisləyib.