İsrail XİN BMT əməkdaşlarına viza verməkdən imtina edib
Bu barədə İsrail xarici işlər naziri Eli Kohen "X" hesabında bildirib
İsrail XİN BMT əməkdaşlarına viza verməkdən imtina edib.
Bu barədə İsrail xarici işlər naziri Eli Kohen "X" hesabında bildirib.
"BMT-nin riyakarlığı qarşısında daha səssiz qalmayacağıq! Mən Xarici İşlər Nazirliyini qurumun əməkdaşlarından birinin İsraildə viza müddətinin uzadılmasına, digər əməkdaşın viza tələbinə rədd cavabının verilməsi barədə təlimatlandırdım", - İsrail xarici işlər naziri paylaşımında bildirib.
O qeyd edib ki, oktyabrın 7-də baş verənlərlə bağlı "BMT-nin davranışı təşkilat və beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır".
Eli Kohen BMT Baş katibini "müharibə cinayətlərini və bəşəriyyətə qarşı cinayətləri qanuniləşdirməkdə", BMT-nin İnsan Haqları üzrə Komissarını "əsassız iftiralar dərc etməkdə” günahlandırıb.
İsrail xarici işlər naziri əlavə edib ki, BMT həmçinin İsrail qadınlarına qarşı törədilən zorlama aktlarına iki ay diqqət verməyib.
"HƏMAS terror təşkilatının təbliğatı ilə əməkdaşlıq edənlərlə işi dayandıracağıq", - Eli Kohen qeyd edib.