İctimai fəallar Laçın yolunu bağladılar FOTO
Şuşada sülhməramlılara qarşı aksiya keçirilir
Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bir neçə gün öncə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı monitorinq keçirmək istəsələr də, erməni təxribatı nəticəsində bu baş tutmayıb. Sülhməramlıların Azərbaycana qarşı təxribatlara göz yumması haqlı olaraq etirazlara səbəb olub.