2008-ci ildə Cənubi Osetiyada müharibəni Saakaşvili başlayıb
Bu bəyanatı Gürcüstanın Baş naziri İrakli Kobaxidze verib
Gürcüstan hakimiyyəti əvvəllər həqiqəti deyə bilmirdi, Cənubi Osetiyada müharibəni Saakaşvili başlayıb - İrakli Kobaxidze
“Haaqa və Strasburqdakı hazırkı işlərə görə, biz bu mövzuda qəti və dəqiq bəyanatlardan yayındıq, amma görəndə ki, birincisi, məhkəmələr başa çatıb, ikincisi, eyni siyasi qüvvə ölkədə indi müharibəni başlatmağa çalışır.
2008-ci il avqustun 7-də Gürcüstanda müharibəyə məhz Saakaşvili rejiminin başladığını gürcü cəmiyyətinə bütün həqiqəti deməməyə haqqımız çatmaz”, - deyə Gürcüstanın Baş naziri bildirib.
Gürcüstan müxalifəti və cəmiyyəti bu bəyanatı birmənalı qarşılamayıb. Müxalifət nümayəndələri hakim partiyanın bu hərəkətini "xəyanət" adlandırıb.