XƏBƏRLƏR / Qalmaqal

İranın Ermənistandakı səfiri “Azadlıq” radiosunu qovub

SEPAH zabiti olan Mehdi Sobhani Ermənistanda özünü ev yiyəsi kimi aparır

İranın Ermənistandakı səfiri “Azadlıq” radiosunu qovub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Azatutyun” (Azadlıq) radiosunun nümayəndələrini mətbuat konfransından qovub.

    Səfir ultimatum verib: ya “Azadlıq” radiosunun jurnalistləri getsin, ya da o.

    Nəticədə "Azatutyun" jurnalistləri mətbuat konfransını tərk etməyə məcbur olublar.

    Qalan jurnalistlər həmkarları ilə həmrəylik göstərərək, mətbuat konfransını ya heç işıqlandırmayıblar, ya da SEPAH zabitinin ancaq Azərbaycana qarşı cəfəng fikirlərini yazıblar.

    • Səfir deyib: "Tehrana məlumat daxil olub ki, İsraillə İran arasında qarşıdurma zamanı İsrailə məxsus müəyyən az sayda pilotsuz uçuş aparatı qonşu ölkələrdən, xüsusən də Azərbaycan ərazisindən İran ərazisinə daxil olub".

    Xatırladaq ki, bu ünsür keçən il "Azatutyun" radiosunun məhz mətbuat konfransından qovulan müxbirinə eksklüziv müsahibə vermişdi.