Ermənistan səfiri İsrail XİN-ə çağırıldı
Bu gün Ermənistan Fələstinin müstəqilliyinin tanınması barədə bəyanat verib
Ermənistanın İsraildəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfirin çağırılmasına səbəb Ermənistanın Fələstinin müstəqilliyini tanıması olub.
Digər detallar açıqlanmayıb.
Qeyd edək ki, bu gün Ermənistan Fələstinin müstəqilliyinin tanınması barədə bəyanat verib.