Erməni deputatı Putini həbs etmək istəyir
Qaqik Melkonyan: Biz müstəqil dövlət olmaq istəyirik.
"Əgər biz bu sənədi imzalasaq, o zaman Putinin Ermənistana gəlməməsi daha yaxşı olardı, gəlsə, həbs edilməlidir. Moskvaya elə gəlir ki, biz hələ də onlardan asılıyıq. Bizi heç vaxt tək görmədilər." Bunu erməni deputat Qaqik Melkonyan deyib.
“Biz bir şeyi başa düşməliyik: biz müstəqil dövlətik və ölkəmizin taleyini biz həll edirik. İnqilabdan sonra müstəqillik əldə etdikdən sonra bizim siyasətimizi öz əllərinə aldılar, indi görürlər ki, biz müstəqil dövlət olmaq istəyirik. Öz ölkələrini düşünsünlər”, - deyə deputat bildirib.