ABŞ İranın Azərbaycana qarşı təxribatına cavab verdi
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ölkəsinin mövqeyini açıqlayıb
ABŞ Dövlət Departamenti İranın Azərbaycanla sərhəddə son təxribatına reaksiya verib.
“Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız bundan ibarət idi ki, Azərbaycanla, Cənubi Qafqazda Ermənistanla qarşılıqlı fəaliyyətimizə sərmayə yatıraq ki, əvvəllər tamamilə fərqli kontekstdə dediyimiz kimi, daha sabit, münaqişələrə, gərginliyə az meyilli Cənubi Qafqaz regionu yaradaq. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays belə deyib.
Xatırladaq ki, 11 mart 2023-cü il tarixində saat 09:44-dən 10:26-dək İran İslam Respublikasına məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca Zəngilan rayonu istiqamətindən Biləsuvara və oradan da geri fasiləsiz uçuş həyata keçirib.