Qubad İbadoğlunun övladı ictimai qınaqdan qorxuya düşdü
Emin Bayramlı ABŞ ermənilərinin tədbirində iştirakdan vaz keçdiyini yazıb
Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham olunan və ev dustaqlığında olan iqtisadçı Qubad İbadoğlunun övladı Emin Bayramlının ABŞ-ın erməni təşkilatı ANCA-nın tədbirində iştirakı barədə xəbər vermişdik.
Məlumat Azərbaycanda bomba kimi partladı və nəinki Emin Bayramlı və onun atası Qubad İbadoğlu, hətta bütün müxalifət qüvvələri KİV və sosial şəbəkələrdə şiddətli qınaq obyektinə çevrildilər.
Bundan qorxuya düşən Bayramlı təkzib verməyə məcbur olub. Tədbirin keçiriləcəyi "Tom Lantos İnsan haqları komissiyası" Bayramlının adını çıxış edəcək natiqlərin siyahısından çıxarıb.