Qubad İbadoğlunun övladı ABŞ-da ermənilərə qoşulub
Emin Bayramlı Amerika Erməni Milli Komitəsinin tədbirində Azərbaycanda insan haqları barədə çıxış edəcək
Qubad İbadoğlunun oğlu Emin Bayramlı iyunun 27-də Amerika Erməni Milli Komitəsinin (ANCA) tədbirində “Artsaxın ombudsmanı” Qeqam Stepanyan və “Artsax xalqının hüquqlarının müdafiəçisi” Karnik Kerqanyanla birgə çıxış etməyi planlaşdırır.
Tədbirin dəvətnaməsində deyilir: "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycan hökumətinin etnik ermənilərə və hökumətə qarşı çıxan etnik azərbaycanlılara qarşı törətdiyi insan haqları pozuntularına dair dinləmələr üçün Tom Lantos İnsan Hüquqları Komissiyasına qoşulun".
Onlar “Dağlıq Qarabağın süqutundan” sonra Azərbaycanda insan haqlarının vəziyyətini müzakirə edəcəklər.
Qeyd edək ki, Qubad İbadoğlu 27 il erməni işğalında olan Füzuli rayonunda doğulub.