Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doqquzuncu nəvəsi dünyaya gəlib.
Bu barədə TRT məlumat yayıb.
Bildirilir ki, Ərdoğanın qızı Sümeyye Bayraktarın ikinci övladı doğulub.
Türkiyə lideri Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib.
Ərdoğan nəvəsinin qulağına onun adını səsləndirib. Körpəyə Asım Özdemir adı qoyulub.
Qeyd edək ki, Ərdoğanın Esra-Berat Albayrak cütlüyündən 4 nəvəsi, Bilal-Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.