XƏBƏRLƏR / Həyat Tərzi

Əminə Ərdoğan Trampın xanımına məktub yazıb

Türkiyənin birinci xanımı məktubda uşaq hüquqlarından danışıb

Əminə Ərdoğan Trampın xanımına məktub yazıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ-nin birinci xanımı Melaniya Trampa məktub ünvanlayıb.

    Məktubda Ərdoğan Melaniya Trampın Ukrayna uşaqlarına göstərdiyi dəstəyə toxunaraq, eyni həssaslığın Qəzzadakı uşaqlara da göstəriləcəyinə ümid etdiyini bildirib.

    Əminə Ərdoğan vurğulayıb ki, uşaq hüquqları universaldır və əziyyət çəkənlərdən üz çevirmək humanitar məsuliyyətin itirilməsi deməkdir.