Siyavuş Novruzov maaşının azlığından gileylənir
Hal hazırda Milli Məclisin deputatları 5000 manat məvacib alırlar
Müsavat TV-nin canlı efirində deputat Siyavuş Novruzov 5 min manat maaşın millət vəkillərinə azlıq etdiyi haqda çıxış edib. Deputatın bəzi mülahizələrini təqdim edirik:
- Deputatların maaşları ayın sonuna kimi çatmır və çoxları kredit bataqlığında qalıb.
- 13-cü maaşımız yoxdur. İldə 3 dəfə bonuslar alırdıq, sonra ləğv olundu.
- Biz bu pulu təkcə özümüzə xərcləmirik. Gündə neçə nəfər qəbul edirik? Kimisi dərman, kimi yemək, kimi də təhsil haqqını istəyir. Elə olur ki, maaş ayın sonuna qədər çatmır.
- Milli Məclisin deputatlarının heç də hamısı iş adamı deyil. Evi kirayə verənlər var, kirayə haqqını ödəyə bilmirlər. Deputatların çoxu kredit bataqlığında qalıb.