Fransız gizli şəkildə metronun deposunda rəssamlıq edib
Klerk Teqo Hüqo 3 ay müddətinə həbs edilib, DİN əməliyyat-istintaq tədbirlərini davam etdirir
Bakı metrosunun deposuna gizli şəkildə daxil olaraq bir neçə avtomobili rəngləyən Fransa vətəndaşı Klerk Teqo Hüqo 3 ay müddətinə həbs edilib.
Bu işdə Avstraliya və Yeni Zelandiya vətəndaşları Han Paul və İsmael De Saint-Quent də iştirak ediblər. Onların barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.
Azərbaycan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Metropolitenə dəymiş ziyanın məbləği 4850 manatdır.